POS terminal xidmətləri



Ödənişləri qeyri-nağd şəkildə rahat və sürətli qəbul edə bilməyiniz üçün bankımızın POS-terminal xidmətindən yararlana bilərsiniz!

İstər kassa ilə inteqrasiya edilən, istər mobil POS cihazını sifariş edin və müştərilərinizin rahat alış-veriş etmələrinə imkan yaradın. Yapı Kredi Bank Azərbaycana məxsus kartlarla ödəniş zamanı müştəriləriniz alacaqları məhsulun dəyərini müxtəlif hissələrə (taksitlərə) bölə bilər, eyni zamanda keşbek qazanacaqlar. Bankla birgə və ya sərbəst şəkildə istənilən növ kart sahibləri üçün endirimli kampaniyaların təşkili mümkündür. 

Yapı Kredi Bank Azərbaycanın POS terminalını mağazanızda quraşdırmaqla, yaranan hər hansı sualınız üçün sizə ən yaxın Yapı Kredi Bank Azərbaycan filialında xidmət ala, həmçinin 7/24 fasiləsiz xidmət göstərən *0444 telefon mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bankımız həmçinin elektron ticarət platformaları üzərindən ödənişlərin qəbul edilməsi üçün virtual POS xidmətini təklif edir. Texniki spesifikasiyaları və ətraflı məlumatı filiallarımızdan əldə etmək mümkündür.