Yapı Kredi Bank İnternet Bankçılıq məhsuluna yeni xidmətlər əlavə edib
2017-03-10 18:11:22
-
Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq məhsulunu yeniləyib. Bankdan verilən məlumata görə, İnternet Bankçılıq Məhsuluna müştərilərin istəklərini və tələblərini nəzərə alaraq yeni xidmətlər əlavə edilmişdir. Yeni xidmətlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən hazırlanmış və müştərilərin banka gəlmə zamanını azaltmaq üçün nəzərdə tutulmuşdur. Xidmətlərin siyahısını aşağıda diqqətinizə çatdırırıq.
İnternet Bankçılıq
Mövcudluğu
Xidmətin adı
Korporativ İnternet Bankçılıq
Fərdi İnternet Bankçılıq
YENİ
Azips Köçürmələri
Hazırda İnternet Bankçılıqdan edilən Ölkədaxili Pul Köçürmələri Azips sistemi vasitəsilə keçirilir.Artıq Korporativ müştərilər böyük məbləğdə Ölkədaxili Pul Köçürmələrini sürətli şəkildə yerinə yetirə bilərlər.✔
✔
YENİ
Kütləvi Maaş Ödənişləri
Artıq bankımızın Korporativ Müştəriləri Bankda Maaş Hesabı açdıqdan sonra əməkdaşların əmək haqlarını kütləvi şəkildə xüsusi excel faylda qeyd edərək köçürə bilərlər✔
-
YENİ
Kütləvi Pul Köçürmələri
Korporativ Müştərilər Kütləvi şəkildə Bankdaxili və Ölkədaxili Pul köçürmələrini bir excel faylda qeyd edərək Pul Köçürmələrini həyata keçirə biləcəklər✔
✔
Mövcud
Hesablara Nəzarət və Hesab Hərəkət İzlənməsi
✔
✔
Mövcud
Kredit Borcunun Ödənilməsi
✔
Mövcud
Depozit Açılması
✔
✔
Mövcud
Bankdaxili və Ölkədaxili Köçürmə
✔
✔
Mövcud
Vergi Ödənişləri
✔
✔
Mövcud
Valyuta Əməliyyatları
✔
✔
Mövcud
Faktura Ödənişləri
✔
✔
Mövcud
Avtomatik Ödəmə Təlimatı
-
✔
İnternet Bankçılıq Məhsuluna qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın istənilən filialına yaxınlaşaraq bir neçə dəqiqə ərzində Sizə məxsus login/şifrə əldə edə bilərsiniz.
“Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvüdür. Səhmdarları UniCredit (İtaliya) və Koç Holdinq (Türkiyə) olan bank Azərbaycanda bankçılığın bütün sahələrində beynəlxalq təcrübəni tətbiq edir. Bank Azərbaycanda 14 filial, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq Məhsulu ilə müştərilərinə xidmət göstərir.