Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!
2015-10-16 12:29:48
-
Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan yenidən İnternet Bankçılıq xidmətinin funksiyalarını genişləndirdi. Filiala getmədən, növbələr gözləmədən internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın sizə təqdim etdiyi yeni funksiyaların əlavə olunduğu yenilənmiş Yapı Kredi İnternet Bankçılıq xidmətindən artıq istifadə etmək mümkündür.
İnternet Bankçılıq xidmətinə əlavə olunmuş yeni funksiyaları diqqətinizə çatdırırq:
Müddətli Əmanətlərin Açılması və Bağlanması funksiyası vasitəsi ilə müddətli əmanət aça və bağlaya bilərsiniz.
Nizamlı Ödəniş Təlimatları funksiyası vasitəsi ilə gələcək tarixlər üçün Bankdaxili ödəniş təlimatları verə bilərsiniz.
Kartdan Nağd Avans funksiyası vasitəsi ilə kredit kartı limitindən istifadə etməklə ölkədaxili digər banklardakı hesablara və digər Worldcard-lara köçürmə edə bilərsiniz.
Kredit Kartı Müştəri Xidmətləri funksiyası vasitəsi ilə kartınızı internet istifadəyə aça və bağlaya bilərsiniz. Bundan əlavə kredit kartı limitinin artırılması üçün banka müraciət göndərə bilərsiniz.
Gələcək Tarixli Əməliyyatları funksiyası vasitəsi ilə Gələcək Tarixli Ölkədaxili Köçürmə Əməliyyatları həyata keçirə və bu əməliyyatları izləyə bilərsiniz.
Ağıllı Kitabça funksiyası vasitəsi ilə bütün növ ödəniş rekvizitlərini yaddaşda saxlaya bilərsiniz.
Ağıllı Assistent funksiyası vasitəsi ilə hesab əməliyyatları, kredit əməliyyatları və faktura ödənişləri ilə bağlı məlumatları dərhal SMS və email vasitəsilə ala bilərsiniz.
Bankdaxili/Ölkədaxili Alıcı Parametrləri funksiyası vasitəsi ilə alıcı siyahısını təyin edə bilərsiniz. Bu siyahıdan kənar alıcılara vəsait köçürülə bilməz.
Ağıllı Alıcılar funksiyası vasitəsi ilə alıcı siyahısı yaratmaqla pul köçürmələri zamanı birdəfəlik şifrənin tələb edilməsini bu müştərilər üçün ləğv edə bilərsiniz.
Kredit Kartı Şifrə Əməliyyatları funksiyası vasitəsi ilə təhlükəsizlik parametrləri menüsündə yerləşən bu xidmətdən istəfadə etməklə kredit kartınızın şifrəsini dəyişdirə bilərsiniz
Qeyd etmək istərdik ki, Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətində hesabların təhlükəsizliyini təmin etmək üçün müştərilərə Ağıllı SMS və Ağıllı Açar kimi əlavə təhlükəsizlik vasitələri təklif edilir. Bu funksiyalar istifadəçilərin bank hesablarının daha təhlükəsiz olması üçündür.
İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Xidmətə qoşulmaq üçün istənilən Yapı Kredi Bank Azərbaycan filialına yaxınlaşmaq kifayətdir. Bunun üçün heç bir ödəniş etməyə gərək yoxdur, elə həmin gün xidməti aktiv edə bilərsiz.
Xidmət haqqında ətraflı məlumatı bankın 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən və ya www.yapikredi.com.az internet səhifəsindən əldə edə bilərsiniz.