• Yapı Kredi Bank Azərbaycan və “Təmiz Şəhər” ASC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə və 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi gününə dair birgə layihəyə başlamışdır.

     

    “Tapılan Arzular” layihəsi çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən zibil tullantılarının emalı zamanı aşkar olunmuş metal pullar yığılaraq banka təqdim olunur. Toplanılan vəsaitin üstünə bankımız tərəfindən əlavə vəsait ayrılaraq fiziki məhdudiyyəti olan uşaqlarımızın arzuları gerçəkləşdirilir.  Layihə haqqında ətraflı videonu qeyd olunan linkdən izləyə bilərsiniz.https://www.youtube.com/watch?v=MNHnP5MOAN4 

     

    Yapı Kredi Bank Azərbaycan ISO 14001 və ISO 14064 sertifikatlarına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görür. Bank həmçinin dayanıqlı və sosial məsuliyyətli biznesləri birləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact) müvafiq sazişinə də qoşulub..



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ