“Yapı Kredi Bank Azərbaycan” QSC IREC – Yaşıl Enerji və Karbon Neytral sertifikatları əldə etmişdir!
2023-04-11 14:52:45
-
“Koç Holding”in Aşağı Karbon İqtisadiyyatına Keçid Layihəsi və “Yapı Kredi Bankası” A.Ş. davamlılıq hədəfləri çərçivəsində Scope 1 və 2 emisiyaları daxilində yer alan istehlakın balanslaşdırılması məqsədilə “Yapi Kredi Bank Azərbaycan” IREC – Yaşıl Enerji və Karbon Neytral sertifikatları əldə etmişdir.
IREC və Karbon Neytral Sertifikatı nədir?
Karbon Neytral sertifikatı sayəsində atmosferdə istixana qazı emissiyalarının azaldılması məqsədilə başladılan layihələrə maddi dəstək olmaqla şərti olaraq emisiyalar sıfırlanır.
Günəş, hidroelektrik və külək enerjisi istehsal edən stansiyalar elektrik enerjisi satışı ilə yanaşı IREC standardı - “Yaşıl Enerji Haqqı” satışı da edə bilirlər. Hər bir şirkət il ərzində istehlak etdiyi qədər enerjini bu stansiyalarda maliyyələşdirərək yaşıl enerji istehsalına dəstək verə bilərlər.
Bərpa olunan enerji istehlakları olmayan və beynəlxalq etibarlılığı olan sertifikatlar sahibi olan belə şirkətlər “Net Sıfır” və “Karbon Neytral” olmaq yolunda davamlılıq çalışmalarını sübut etmiş, sosial məsuliyyətlərini yerinə gətirmiş və yaşıl enerji istehsalçılarına dəstək vermiş olur.
Nəticədə, 2022-ci ildə istehlak etdiyimiz Scope 1 üzrə 209 ton CO2 emissiyamızı “sıfırlamış”, Scope 2 üzrə isə 1527 MW elektrik enerjimizi “yaşıllaşdırmış” olduq.
Yapı Kredi Bank Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək, ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir. Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.