• 2021-ci ilin dördüncü rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 17% artırmışdır ki, xüsusilə biznes kreditlərində 22 % artımı qeyd emək olar. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2021-ci ilin sonunda 117 milyon manata çatmışdır və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir.

     

    Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 285 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 15% artım müşahidə olunmuşdur.

     

    2021-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı 74.3 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. .

     

    Bankın aktivləri 2021-ci il ərzində artaraq 395 milyon manat olmuşdur. 2021-ci ilin dördüncü rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 33%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 34%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

     

    “Yapı Kredi Bank Azərbaycan” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

     



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ