Xidmətdə sərhəd tanımadıq, lider olduq!

2015-10-16 12:33:01

  • Azərbaycanda fəaliyyət göstərən www.banco.az maliyə portalının keçirdiyi “İlin Ən Yaxşıları” müsabiqəsində Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq məhsulu ən çox səs toplayaraq birinci yerə layiq görülmüşdür

    Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətinə çox böyük önəm verir. Filiallara getmədən, növbələr gözləmədən, internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, ölkədaxili və bank daxili pul köçürmələri etmək, konvertasiya əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq, Worldcard-dan karta və ya hesaba pul köçürmək, ağıllı assistent və ağıllı kitabça funksiyalarından yararlanmaq, eyni zamanda, Worldcard borcunu və kommunal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildirişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu funksiyaların bir çoxu yerinə yetirilməsi üçün Yapı Kredi Bank Azərbaycan Mobil bankçılıq məhsulunu da müştərilərinin istifadəsinə vermişdir. Mobil Bankçılıq məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil qurğular üçün yükləyə bilərsiniz.

    Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaq kifayət edir. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Qeyd edək ki, xidmətə qoşulmaq ödənişsizdir.

     

    Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

    Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ