• Artıq Yapı Kredi Bank Azərbaycan müştəriləri kredit borclarını filiallara üz tutmadan, sıra gözləmədən daha rahat şəkildə ödəyə biləcəklər. Hər zaman sərhədsiz bankçılıq xidməti göstərən Yapı Kredi Bank Azərbaycan və ölkənin ən böyük onlayn xidmətlər portalı olan Hesab.az ilə birlikdə müştəriləri üçün daha asan ola biləcək bir xidmət təqdim edir. Beləliklə, bundan sonra Worldcard və bankın digər bütün növ borclarını hesab.az vasitəsilə ödəmək mümkündür.

    Worldcard borcunu ödəyən müştərilər kart nömrəsini və şəxsiyyət vəsiqəsinin pin kodunu, kredit borcunu ödəyən müştərilər isə kreditin hesab nömrəsini və şəxsiyyət vəsiqəsinin pin kodunu daxil etməlidirlər. Ödənişlər yalnız AZN olaraq qəbul olunur, ödəniş zamanı heç bir komissiya tutulmayacaq.

    Daha ətraflı məlumat almaq üçün 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ