Sosial Məsuliyyət

  •  “Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ildə 27 aztəminatlı ailəyə sahibkarlıq fəaliyyətində dəstək oldu
    “Yapı Kredi Bank Azərbaycan” QSC korporativ sosial məsuliyyət layihələrinə önəm verərək aztəminatlı ailələrin dayanıqlı gəlir yerini temin etməsinə dəstək olmağa çalışır.
    Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq, aztəminatlı ailələrin təqdim etdiyi biznes təşəbbüslərinin reallaşmasına töhvə vermişdir. Bank ötən ilin sonunda sonuncu 5 ailəyə biznes fəaliyyəti üçün lazımlı avadalıqlar verərək, ili 27 ailəyə dəstək ilə başa vurmuşdur. Belə ki, broyler sexi qurmaq üçün hazırladığı biznes planına uyğun olaraq bir neçə aztəminatlı ailəyə lazım olan avadanlıqlar bank tərəfindən təqdim edilmişdir. Qənbərova Fidan, Kərimov Anar və Adilov Camal artıq broyler sahəsində sahibkarlıq fəaliyyətinə başlamışdır. Qasimova Resmiyəyə dərzilik sahəsində sahib olduğu təcrübə və bacarığını tətbiq edərək kiçik dərzi atelyesini qurması üçün lazım olan bütün avadanlıqlar bank tərəfindən təmin edilmişdir. Un məmulatları sexi qurmaq istəyən Mustafayeva Şəlalə və Adıgözəlova Salatın xanım bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir. “Yapı Kredi Bank Azərbaycan” QSC lazım olan bütün avadanlıqları alaraq həmin şəxslərə təqdim etmişdir. Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin may ayından etibarən 27 aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqları təmin etmişdir. Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

     

     Yapı Kredi Bank Azərbaycan”dan 9 aztəminatlı ailəyə dəstək “Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə aztəminatlı ailələrə biznes təşəbbüslərini həyata keçirmək üçün dəstək göstərməyə davam edir.
     Bank sentyabr ayı ərzində 9 ailəyə müxtəlif sahələrdə öz biznes təşəbbüslərini reallaşdırmaq üçün gərəkli avadanlıqları təqdim edərək onların sahibkarlıq fəaliyyətinə təkan vermişdir. Belə ki, “Yapı Kredi Bank Azərbaycan” Bakının Sabunçu rayonu ərazisində yaşayan Cəlilov Ruflan Yavər oğlu və Cəfərov Namiq Əkbər oğluna broyler sexi qurması üçün lazımi avadanlıqlar təqdim etmişdir. Abşeron rayonu ərazisində yaşayan, Yusifov Bəhruz Yusif oğluna, məcburi köçkün, hazırda Pirallahı qəsəbəsində müvəqqəti məskunlaşmış Əşrəfova Yeganə Xasay qızına, və Bakı şəhəri, Suraxanı rayon sakini Quliyeva Şəfiqə Yusup qızına un məmulatları istehsal etməsi üçün lazımi avadanlıqlar təmin etməklə dəstək göstərilmişdir. Daha üç vətəndaşımız, Sabunçu rayonunda məskunlaşmış məcburi köçkün Ağayeva Arzu Arif qızı, Pirallahı qəsəbəsində məskunlaşmış məcburi köçkün Əliquliyeva Ofelya Əli qızı, Nizami rayon sakini, məcburi köçkün Şahbazova Arifə Ənvər qızı bundan sonra “Yapı Kredi Bank Azərbaycan”ın təqdim etdiyi avadanlıqlarla tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Həmçinin, bank tərəfindən Sumqayıt şəhərində yaşayan şəhid ailəsindən Salehli Çingiz Saleh oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar təqdim olunmuşdur. Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank Azərbaycan” korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq cari ilin may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirərək, daha bir neçə aztəminatlı ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir.

     

     YapıKredi Bank Azərbaycan əməkdaşları Talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında keçirmişdir.  
     Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərdən biri kimi Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının və Mərkəzi Qan Bankının mobil işçi qrupunun təşkilatçılığı ilə qanvermə aksiyası keçirmişdir.
     Aksiyada iştirak etmək üçün təşəbbüs göstərən əməkdaşlarımız həkim müayinəsindən keçmiş, daha sonra səhhəti icazə verən əməkdaşlarımız qanvermə aksiyasında iştirak etmişdir. 40-dan çox əməkdaşımızın könüllü olaraq qan verdiyi aksiyada toplanan qan tədarükü hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
     Dünya Qadınlar Günü Bayramı-8 Mart  Dünya Qadınlar Günü Bayramı-8 Mart
     Yapı Kredi Bank Azərbaycan 2018-ci ildə Pensiya yaşına çatmış sosial müəssisədə yaşayan qadınların 8 Mart Beynəlxalq Qadınlar Gününü Təbrik etmişdir.  Yapı Kredi Bank Azərbaycan 2017-ci ildə Nəsimi Rayonunda çalışan və şəhərimizin tər təmiz olmasına səbəb olan qadınların bayramını təbrik etmişdir


Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ