Telefon Mərkəzi
Yapı Kredi Telefon Mərkəzi- *0444
Vaxtınıza qənaət etmək və yüksək səviyyəli xidmətdən yararlanmaq üçün *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərə sərhədsiz fürsətlər təqdim edən bankımız, göstərilən xidmətin keyfiyyətini daha da artırmaq üçün İnteraktiv Səsli Cavablandırma (IVR) xidmətini istifadəyə vermişdir. Bu xidmət, *0444 Telefon Mərkəzinə zəng edən Worldcard müştərilərinə növbə gözləmədən və hətta, operatora bağlanmadan, kart limiti, istifadə edilə bilən limit, dövri borc, cari borc və s. məlumatları dinləmə imkanı verir.
Worldcard müştərisi günün istənilən saatında həm şəhər, həm də mobil telefonlardan *0444 nömrəsinə zəng edərək,kartın üzərindəki 16 rəqəmli nömrəni telefon düymələri vasitəsilə daxil edib, dərhal İnteraktiv Səsli Cavablandırma xidmətinə qoşulur, müvafiq menyunu seçdikdən sonra istədiyi məlumatı dinləmək üçün kartın 4 rəqəmli PIN kodunu daxil edir.