• Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində 14-18 dekabr, 2015-ci il tarixlərində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlim keçiriləcək.

    Təlimdə III və IV kurs tələbələri iştirak edə bilər. Qeydiyyat üçün CV-ləri09.12.2015-ci ilsaat 18:00-dək mammadova_nigar@cbar.az ünvanına göndərməyiniz xahiş olunur.

    Təlim 2 mərhələli olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək.

    Birinci mərhələdə seçilmiş tələbələr növbəti mərhələdə, yəni Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, “FINCA Azerbaijan” və Yapı Kredi Bank Azərbaycanda tədris səfərlərində və onların keçirəcəyi seminarlarda iştirak hüququ əldə edəcəklər.

    Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar.

     

    Daha ətraflı məlumat əldə etmək üçün +994 12 493 89 46 (daxili 101) nömrəsinə zəng edə bilərsiniz.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ