Təhlükəsizlik
-
ATM-dən istifadə edərkən kartınızın şifrəsini əzbərləyin, bankın əməkdaşları daxil olmaqla, şifrənizi heç kimə söyləməyin və heç yerə yazmayın!
Təhlükəsizlik Məqsədi ilə Diqqət Edilməsi Vacib Olan Məqamlar!
Worldcard və ya Pulkart şifrəsini təyin edərkən doğum tarixiniz və üçüncü şəxslərin asan şəkildə əldə edə biləcəyi şəxsi məlumatlarınızı istifadə etməyin.
Kartınızın şifrəsini təyin edərkən 1111, 5555, 1234 kimi eyni və ya ardıcıl rəqəmlərdən istifadə etməyin.
Şifrənizi kartınızın üzərinə yazmayın, pul qabınızda, kompyuterinizdə, mobil telefonunuzda saxlamayın, mütəmadi olaraq şifrənizi dəyişdirin. Worldcard və Pulkart şifrənizi asanlıqla ATM-dən dəyişə bilərsiniz
Kartınız və şifrəniz ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, filiallarımıza və ya *0444 Yapı Kredi Telefon Mərkəzinə müraciət edin.
Kartınız itərsə və ya oğurlanarsa, kartınızı istifadəyə bağlamaq üçün dərhal *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlayın.
Kartınız ATM-də ilişərsə, tanımadığınız insanlardan gələn yardım təkliflərini qəbul etməyin və bankımızın işçiləri daxil olmaqla şifrənizi heç kimə söyləməyin. Mümkün olarsa, ATM-dən uzaqlaşmadan *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlayın və kartınızı bağlatdırın. Yeni kartınız ən qısa zamanda çap edilərək ünvanınıza göndəriləcəkdir.
ATM-də əməliyyat edərkən heç bir halda digər şəxslərin yardım təkliflərini qəbul etməyin.