Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən Yapı Kredi Bank Azərbaycan vasitəsilə yararlanmağa tələsin!
2023-03-17 12:08:24
-
Biznesin inkişafı üçün illik cəmi 5%-lə kredit imkanı!
Əsas şərtlər:
Kreditin məbləği - 10 milyon manatadək
Kreditin müddəti - 10 ilədək
İllik faiz dərəcəsi - 5 %-dək
Güzəşt müddəti - kredit müddətinin yarısınadək
Kreditləşmə üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər:
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
- qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
- kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
- logistik xidmət layihələrinin dəstəklənməsi;
- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
- balıqçılıq və akvakultura yönümlü layihələrin dəstəklənməsi;
- yaşıl layihələrin maliyyələşməsi.
Tələb olunan sənədlər:
- Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
- 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
- “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
- VÖEN-in surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Biznesə subyektinə aid digər sənədlər.
Dövriyyə vəsaiti üçün kreditlər (müddət və məbləğlər biznesin mövcüd və ya yeni olmasından asılı olaraq dəyişir):
1) Kənd təsərrüfatı məhsullarının istehsalına dövriyyə vəsaitləri üçün verilən güzəştli kreditlər üzrə:
Maksimum məbləğ – 100 000 manat
Maksimum müddət – 36 ay
2) Sənaye məhsullarının istehsalı və emalına (o cümlədən aqrar-emal) dövriyyə vəsaitləri üçün verilən güzəştli kreditlər üzrə:
Müddət məbləğ – 500 000 manat
Maksimum müddət - 24 ay
3) Turizmə verilən güzəştli kreditlər üzrə:
Müddət məbləğ – 500 000 manat
Maksimum müddət – layihədən asılı olaraq
Avadanlıq krediti
Məbləğ – 3 000 000 manatadək
Faiz dərəcəsi – 9%
Güzəşt müddəti – 12 ayadək
İlkin ödəniş – avadanlıq dəyərinin 20%-i (yerli istehsal avadanlıqlar üçün 10%)