Pos Terminal
Ticarət Obyektinizdə Yapı Kredi Bank Azərbaycana məxsus POS terminal quraşdırmağın üstünlükləri
- Daha Çox Müştəri
Yapı Kredi Bank Azərbaycana məxsus Worldcardı olan müştərilər sizin mağazanızda alacaqları məhsulun dəyərini hissə-hissə ödəyə biləcək, eyni zamanda bal qazanacaqlar. Qazandıqlar ballarla yenidən sizin mağazanızda alış-veriş edə biləcəklər. Yapı Kredi Bank Azərbaycanın POS terminalını mağazanızda quraşdırmaqla siz əlavə müştəri qazanacaqsınız.
- Satışınızın Artması
Yapı Kredi Bank Azərbaycanın əməkdaşları sizin mağazanıza özəl kampaniyalar hazırlayacaq və həmin kampaniyalar müvafiq marketinq-ünsiyyət platformalarında yayımlanacaqdır. Bu isə mağazanızın satışını artırmaq üçün əlavə stimul yaradacaq.
- Fasiləsiz və Keyfiyyətli Xidmət
Yapı Kredi Bank Azərbaycanın POS terminalını mağazanızda quraşdırmaqla, yaranan hər hansı sualınız üçün sizə ən yaxın Yapı Kredi Bank Azərbaycan filialında xidmət ala, habelə 7/24 fasiləsiz xidmət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Virtual POS
- Yapı Kredi Bank Azərbaycan e-ticarət şirkətləri üçün Virtual POS xidməti təklif edir. Virtual POS fiziki POS Terminal cihazının bütün funksiyalarını özündə birləşdirən Virtual POS cihazıdır.
YapıKredi Bank Azərbaycandan Partnyorlar üçün daha bir yenilik! Bankın POS-terminallarında istənilən kart növlərinə endirim tədbiq edilməsi mümkündür. Müştərilərinizə özəl olduqlarını hiss etdirmək istəyirsinizsə, YapıKredi Bank hər zaman dəstək üçün hazırdır.
POS-terminaldan keçən ödənişlər gecikməsiz növbəti iş günü hesablarınızda əks olunur. Eyni zamanda 24/7 texniki xidmət, hissəli ödəmə, ballarla ödəniş və digər imkanlarla xidmətinizdəyik.