Gökhan Erün
Müşahidə Şurasının Sədri
İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi, Yeditepe Universiteti İşlətmə Bölümü
info@yapikredi.com.az
Gökhan Erün, İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi üzrə bakalavr, Yeditepe Universiteti İşlətmə Bölümü üzrə magistratura məzunudur. 1994-cü ildə kariyerasına Garanti Bank Xəzinə Müdürlüyündə başlamışdır. 1999-2004-cü illərdə Korporativ Marketinq bölməsi müdiri vəzifəsini həyata keçirmişdir. 2004-cü ildə təyin edildiyi Emeklilik ve Hayat Ümumi Müdürlüyü vəzifəsindən sonra sentyabr 2005-ci ildə Garanti Banka Baş Dirktorun Müavini olaraq təyin edilmişdir. 2015-ci ilin Sentyabrından etibarən Garanti Bankı Baş Direktorun Vəkili olaraq kariyerasına davam edən Erün, bu dövrdə Korporativ Bankçılıq Koordinasiyası, Xəzinə, Xəzinə Marketinqi və Maliyyə Həlləri, Törəmə Məhsullar, Nağd vəsaitin idarə edilməsi və Əməliyyat, Maliyyə Təsisatlar sahələrindən məsulluq vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda Garanti Bankının müxtəlif törəmə təşkilatlarında Müşahidə Şuralarında üzv olmuşdur. 2018-ci ilin Yanvar ayından etibarən kariyerasına Yapı Kredidə Baş Direktor olaraq davam etdirən Erün, Baş Direktor vəzifəsini yerinə yetirməkdədir. Eyni zamanda, Koç Maliyyə Xidmətlərində İcra Başqanı olan Erün, Yapı Kredi Grubu filiallarının Müşahidə Şuralarında da iştirak etməkdədir.