Mobil Bankçılıqla əməliyyat edin, iPad qazanma şansı əldə edin
2018-03-01 17:46:07
-
1 – 31 mart 2018-ci il tarixləri arasında Yapı Kredi Bank Azərbaycanın Mobil Bankçılığından 3 AZN və daha çox məbləğdə edilən istənilən Kommunal (mobil və stasionar telefon, qaz, işıq, su, internet, Kabel TV ) ödəniş əməliyyatları üçün 10 aprel təsadüfi seçim funksiyasının köməyi ilə tirajlı stimullaşdırıcı lotereya keçiriləcək. Kampaniya nəticəsində 1 nəfər iPad qazanacaq.
Minimum ödəniş məbləği 3 AZN-dir. Bir əməliyyat lotoreyada sadəcə bir dəfə iştirak edir. Belə ki, əgər Mobil Bankçılıq vasitəsi ilə 6 AZN mobil telefon ödənişi edilərsə 1 şans, 2 dəfə 3 AZN-lik mobil telefon ödənişi edilərsə 2 şans qazanılacaqdır.Yalnız Kommunal (mobil və stasionar telefon, qaz, işıq, su, internet, Kabel TV ) ödəniş əməliyyatları kampaniyaya aid edilir. Korporativ müştərilər iştirak etmir. Hər bir müştəri lotereyada sadəcə 1 dəfə qalib ola bilər. Lotereyada “Yapı Kredi Bank Azərbaycan” QSC əməkdaşları, Münsif Heyətinin tərtib olunmasında yardımçı olan agentlik əməkdaşları iştirak etmir.
Kampaniyada sizə uğurlar arzu edirik.