Mobil Bankçılıqdan əməliyyat edən müştərilərə 10 manatadək bal hədiyyə ediləcək!
2017-06-20 10:38:28
-
Yapı Kredi Bank Azərbaycan Mobil Bankçılıq xidmətindən istifadə edən müştərilərinə yeni fürsətlər təqdim edir. Belə ki, Mobil Bankçılıq xidmətindən istifadə edən müştərilər 10 manatadək bal qazanacaqlar. Kampaniya, 19 iyun-19 iyul tarixləri arasında qüvvədədir.
Kampaniya çərçivəsində müştərilər hər ödəniş üçün 2 manat bal qazanacaq. Kampaniya çərçivəsində bir müştəri maksimum 5 dəfə bal qazana, yəni qazanacağı toplam bal 10 AZN olacaqdır.
- Kampaniya çərçivəsində qazanılan ballar müştərinin kartına kampaniya bitdikdən sonra 7 iş günü ərzində yüklənəcək.
Müştəri, bir neçə dəfə eyni əməliyyatı edərsə, bunlardan yalnız biri nəzərə alınacaq. Məsələn, 2 dəfə Worldcard Ödəməsi edərsə, 2 AZN bal qazanacaq.
Kampaniyada “Yapı Kredi Bank Azərbaycan” QSC əməkdaşları iştirak etmir.
Bir əməliyyat üçün minimum məbləğ 50 AZN-dir.
Qazanılan ballarla müştərilər World Üzv Ticarət Obyektlərində balları ilə pulsuz alış-veriş edə bilərlər. World Üzv Ticarət Obyektlərinin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür.
Qeyd edək ki, IOS, Android və Windows əməliyyat sistemli telefon istifadiçələri Yapı Kredi Mobil Bankçılıq proqramının zəngin xidmət məzmunundan istədikləri yer və zamanda faydalana bilərlər.
Yapı Kredi Mobil Bankçılıq proqramını yüklədikdən sonra giriş üçün İnternet Bankçılıq İstifadəçi Kodu və şifrəniz ilə Mobil Bank əməliyyatlarınızı reallaşdıra bilərsiniz.
Kampaniya ilə bağlı ətraflı əlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.