Mobil Bankçılıq yeniləndi !

2016-09-06 14:34:51

  • Yapı Kredi Bank Azərbaycanın yenilənmiş Android Mobil Bankçılıq proqramı ilə həyatınızı asanlaşdırın. Bu proqram ilə Android istifadəçiləri, zəngin xidmət menyusundan istədikləri yer və zamanda faydalana bilərlər. Yapı Kredi Bank Mobil Bankçılıq xidmətindən bankın həm fərdi həm korporativ müştəriləri istifadə edə bilər.

    Mobil Bankçılıq xidmətindən istifadə etməklə bankdaxili və ölkədaxili pul köçürmələri, valyuta alışı-satışı əməliyyatları, cari hesablara və kart hesablarına nəzarət, əmanət açma və bir çox başqa əməliyyatları yerinə yetirmək olduqca asan və sürətlidir. Yapı Kredi Mobil Bankçılıq proqramını Android Play Store-dan pulsuz olaraq dərhal yükləyə bilərsiniz. Yapı Kredi Mobil Bankçılıq proqramını yüklədikdən sonra giriş üçün İnternet Bankçılıq İstifadəçi Kodu və şifrəniz ilə Mobil Bank əməliyyatlarınızı reallaşdıra bilərsiniz.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ