İstifadəçi sayımız sərhəd tanımır !

2015-10-17 12:19:14

  • Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq məhsuluna müştərilərin güvəni artmaqdadır.
    Çox qısa müddətdə müştərilər bankçılıq əməliyyatlarını növbə gözləmədən, asan və güvənli şəkildə bankın kifayət qədər zəngin funksiyası olan internet bankçılıq və mobil bankçılıq məhsulu vasitəsilə yerinə yetirməkdədirlər. İnternet Bankçılıq məhsulunu müştərilərin istifadəsinə təqdim edən bank, çox keçmədən mobil bankçılıq məhsulunu da, hazırlamışdır. 
    Hal hazırda bankın 25.000 müştərisi İnternet Bankçılıq məhsulundan istifadə edir və məhsulun rahatlıqdan əlavə, etibarlılığına etimad edirlər. 5.000 müştəri isə öz smartfonuna Yapı Kredi Mobil bankçılıq tətbiqetməsini yükləmiş və bank əməliyyatlarını bir neçə saniyədə həyata keçirməkdədirlər. 
    İnternet Bankçılıq və Mobil bankçılıq tətbiqetmələrindən istifadə edən müştərilərin sayı artmaqdadır. Bunə səbəb, məhsulların hər ikisinin funksionallıqlarının geniş və rahat olmasıdır. Aşağıdakı əməliyyatları qısa zaman ərzində həyata keçirməyə şərait yaradan məhsullar, gün-bə-gün Yapı Kredi Bank Azərbaycan vasitəsilə inkişaf etdirilməkdədir
    •Valyuta alışı və satışı
    •Bankdaxili və Ölkədaxili pul köçürmələri
    •Əmanət yatirma
    Yapı Kredi internet bankçılıq məhsulundan istifadə etmək üçün, bankın istənilən filialına yaxınlaşıb cəmi 15 dəqiqə ərzində pulsuz şəkildə müvafiq şifrəni əldə etdikdən sonra, günün 24 saatı bank əməliyyatları həyata keçirə bilərsiniz. Eyni zamanda, Mobil Bankçılıq məhsulundan da istifadə etmək istəyənlər, Apple Store, Play Market və Windows Market-dən Yapı Kredi Bank Mobil bankçılıq tətbiqetməsini pulsuz yükləyə bilərlər.
    Hər iki məhsuldan təhlükəsiz istifadə etmək üçün müştərilrə Asan İmza xidmətinə də qoşulub onlarla funksiyadan yararlana bilərlər. Eyni zamanda, Worldcard-ı olan müştərilər Worldcard şəxsi kabineti vasitəsi ilə kart əməliyyatları haqqında məlumat əldə edə bilərlər
    Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
    Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və https://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ