İstehlakçı müraciətlərinə baxılmasına dair qaydalar
Əsas iş prinsiplərindən biri müştəri məmnunluğu olan “Yapı Kredi Bank Azərbaycan” müştərilərdən daxil olan şikayət, ərizə və təklifləri operativ və effektiv həll etmək məqsədi ilə Bank daxilində xüsusi struktur bölmə- “Istehlakçıların hüquqlarının müdafiəsi ” bölməsi yaradılmışdır. Bölmənin əsas funksiyası Bankın maliyyə xidmətlərindən istifadə etmiş, istifadə edən və ya istifadə etmək niyyətini bildirən fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi məqsədi ilə lazımı tədbirlər görmək və pozulmuş hüquqlarının bərpası istiqamətində tədbirlər həyata keçirməkdir. Bölmə aşağıda tam mətni qeyd olunmuş “Qaydalar”da müəyyən edilən mexanizmlər və müddətlər çərçivəsində müştəri müraciətlərinə baxılmasını təmin edir.
“İstehlakçı müraciətlərinə baxılmasına dair” Qaydalar