İpoteka Krediti

Hər birimizin evi olsun deyə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Vəsaiti hesabına Yapı Kredi Bank Azərbaycan ipoteka məhsulu təklif edir.

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına verilən ipoteka kreditin şərtləri:

 

Məbləğ –150 000 AZN dek
Müddət – 36 – 300 ay (güzəştli ipotekada 36 - 360 ay)
İllik faiz dərəcəsi – 8% (güzəştli ipotekada 4%)

İlkin ödəniş -Adi və güzəştli kreditlərdə 20%                       
Ödəniş qaydası – annuitet (aylıq bərabər hissələrlə)

 

  • Sənədlər

    İpoteka Kreditinin ilkin qiymətləndirməsi üçün Tələb Olunan Sənədlər:

     

         1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.

         2. Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə və sənədin notarial qaydada təsdiqlənmiş surəti.

         3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin notarial qaydada təsdiqlənmiş surəti

         4. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.

         5. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları son 12 ay üzrə).

     

    Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

     

         1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

     

    Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:

     

         1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

         2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

     

  • Tələblər

         1. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər

 
 
Ele indi sifariş et Kredit Karkulyatoru


Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ