• İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını Yapı Kredi Bankçılıq Akademiyasının Sizə təqdim etdiyi əməliyyat təhlükəsizliyi təlimi vasitəsilə öyrənin. Təlimdə şifrə məlumatlarının qorunması, kompyuterdən təhlükəsiz istifadə, sosial şəbələlərdən istifadə edərkən təhlükəsizlik qaydalarının riayət edilməsi ilə bağlı faydalı məlumatlar mövcuddur. İnternet Bankçılıqdan istifadə etmədən öncə bu qaydalarla tanış olmağı Sizə tövsiyyə edirik. www.yapikredi.com.az saytında “Təlim” menyusuna daxil olaraq bir neçə dəqiqənizi ayırıb təlim videosunu izləməklə İnternet Bankçılıqdan təhlükəsiz istifadənin əsas məqamlarını öyrənmiş olacaqsınız.
    İnternet Bankçılıqdan istifadə edərkən diqqət edilməli əsas məqamları qısa olaraq diqqətinizə çatdırırıq:
    Şifrə məlumatlarınızı digər şəxslərlə bölüşməyin
     Kompyuterinizdə lisenziyalı proqramlardan istifadə edin
    Kompyuterinizə yüklədiyiniz materilalları antivirus nəzarətindən keçirin
    Mənşəyini bilmədiyiniz proqramları komyuterinizə yükləməyin
    İnternet əlaqənizi ADSL vasitəsilə edirsinizsə internetdən istifadə etmədiyiniz zamanlarda modemin söndürülməsinə diqqət edin
    İnternet Bankçılıq şifrənizi təyin edərkən digər şəxslərin asan şəkildə əldə edə biləcəyi bir şirfə seçməyin, şifrənizi tez-tez dəyişdirin, şifrə və istifadəçi kodunuzu kompyuterinizdə qeyd etməyin, heç bir yerə yazmayın, pul qabınızda daşımayın.

    Ətraflı məlumat üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ