İnternet Bankçılıq

 

Yapı Kredi Bank Azərbaycan internetin olduğu hər yeri sizin üçün bir bank filialı edir. Filiala getmədən günün istənilən vaxt bank əməliyyatlarını həyata keçirə bilərsiniz. 

 

İnternet Bankçılıq sizə nələr vəd edir?

İstənilən zaman və dünyanın istənilən nöqtəsindən internet şəbəkəsi vasitəsilə operativ və təhlükəsiz şəkildə bank hesablarınızı 7 gün, 24 saat rahatlıqla idarə etmək imkanı verir.

 

İnternet Bankçılıq xidmətindən kimlər faydalana bilər?

Bankın müştərisi olan bütün fiziki və hüquqi şəxslər, o cümlədən Worldcard istifadəçiləri və World Üzv Ticarət Obyektləri İnternet Bankçılıq xidmətindən faydalana bilərlər.

 

İnternet Bankçılıq xidmətinə necə qoşulmaq olar?

Yapı Kredi Bank Azərbaycanda istənilən bir hesabınız və/və ya Worldcard-nız varsa bankın istənilən filialına yaxınlaşmaqla dərhal İnternet Bankçılıq xidmətinə ödənişsiz qoşula bilərsiniz. Əgər bankımızda mövcud hesabınız və ya Worldcard-ınız yoxdursa filiallarımızdan birində hesab açaraq İnternet Bankçılıq şifrənizi dərhal əldə edə bilərsiniz. Xidmətlə bağlı ətraflı məlumat əldə etmək üçün həftənin 7 günü, günün 24 saatı sizin üçün xidmət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 

 



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ