• İdarə Heyəti
  • Sinan Ağırbaş

    İdarə Heyətinin Üzvü, Baş Direktorun Satış və Marketinq üzrə müavini

    Anadolu Universiteti-Ümumi İqtisadiyyat

    1999-cu ildə Anadolu Universitetinin  Ümumi İqtisadiyyat fakultəsini bitirmişdir. 1997-1999 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə Denizli Filialı Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis,1999-2000 ci illərdə Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis olmuşdur. 2000-2007 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Kommersiya Portfeli meneceri ,2008-2010 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Aydın Efeler Filialı Müdiri vəzifəsində çalışmışdır. 2010-2012 ci illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Sumqayıt Filialının müdiri, 2012-2013 cü illərdə  Yapı Kredi Bank Azərbaycan QSC-də Müştərilərə Xidmət Departamentinin Müdiri, 2014-2018 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Ege Filialı Filial müdiri, 2018-2019 cu illərdə Yapı Kredi Bank Azərbaycan QSC  Satış və Marketinq üzrə Baş Direktor müavini vəzifəsində çalışmışdır. 05.02.2019- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan QSC-də  Satış və Marketinq üzrə Baş Direktor müavini, İdarə Heyətinin  üzvü vəzifəsində çalışır. 

  • Şəhla Səmədova

    İdarə Heyətinin üzvü, Əməliyyatlar üzrə Baş Direktor müavini

    Bakı Dövlət Universiteti, Mexanika riyaziyyat fakultəsi Riyaziyyatçı,Azərbaycan

    1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakultəsini bitirmişdir. 1999-2005- ci illərdə Koçbank (Azərbaycan) LTD-də Bireysel bankçılıq/servis yetkilisi olaraq,2005 -2008-cı illərdə Koçbank (Azərbaycan) LTD-də Əməliyyat Departamentinin müdiri, 2008-2009- cu illərdə "Yapı Kredi Bank Azərbaycan" QSC-də Əməliyyat Qrupunun müdiri, 2009-2012 –ci illərdə "Yapı Kredi Bank Azərbaycan" QSC-də Əməliyyat Qrupu, İT departamenti və İnzibati şöbənin fəaliyyətlərinə nəzarət üzrə Baş direktorun müavini, 2012-2013- cü illərdə"Yapı Kredi Bank Azərbaycan" QSC-də Əməliyyat Qrupu üzrə  Baş direktorun müavini ,2013-2015-ci illərdə "Yapı Kredi Bank Azərbaycan" QSC-də Əməliyyat Qrupu üzrə  Baş direktorun müavini, İdarə Heyətinin üzvü ,01.10.2015- ci ildən etibarən "Yapı Kred Bank Azərbaycan" QSC-də Əməliyyat Qrupu üzrə  Baş direktorun müavini, İdarə Heyətinin üzvü Vəzifəsində çalışır.

  • Ziya Serkan Günal

    Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü

    “Orta Doğu Teknik” Universitetinin Geologiya Mühəndisliyi

    Ziya Serkan Günal 1995-cı ildə “Orta Doğu Teknik” Universitetinin Geologiya Mühəndisliyi fakültəsində bakalavr təhsilini bitimişdir. Serkan bəy karyerasına 1997-ci ildə Türkiyənin Ziraat Bankında başlamış və 2002-2008-ci illərdə Ziraat Bankın London ofisində Fondların İdarəolunması departamentinin müdir müavini vəzifəsində çalışmışdır. 2008-2018-ci illərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-də Müxbir Bankçılıq və Fondların İdarəedilməsi departamentinin müdiri vəzifəsini icra etmişdir. 2018-2023-cü illərdə “Yapı Kredi Leasing Türkiye”-də Xəzinədarlıq və Müxbir Əlaqələri Direktoru vəzifəsində çalışmışdır. Ziya Serkan Günal 09.10.2023-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC-də Baş Maliyyə İnzibatçısının müavini, 25.02.2025-ci il tarixində isə Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü, vəzifəsinə təyin edilmişdir.  

  • Məmmədov Ramil

    Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü

    Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər

    Məmmədov Ramil Telman oğlu 2002-ci ildə bakalavr təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində, həmçinin magistr təhsilini 2004-cü ildə həmin universitetin Beynəlxalq münasibətlər fakültəsində başa vurmuşdur. Bundan əlavə, o, 2009-cu ildə ABŞ-ın “Southern Maine” Universitetində Dövlət Siyasəti və idarəetmə ixtisası üzrə ikinci magistr dərəcəsini bitirmişdir. Ramil Məmmədov əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Mərkəzi Bankında başlamış və 2003-2006-cı illərdə burada İqtisadçı və Baş İqtisadçı vəzifəsində çalışmışdır. 2006-2007-ci illərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətində Baş İqtisadçı, 2009-cu ildə AzərEnerji ASC-də Aparıcı İqtisadçı, 2009-2011-ci illərdə “Cred Agro” Qeyri Bank Kredit Təşkilatında Daxili Auditor, 2011-2013-cü illərdə “AzerEnerji” ASC-də İnvestisiyalar İdarəsi rəisinin müavini və Strateji İnkişaf İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2013-2015-ci illərdə karyerasını “Yapı Kredi Bank Azərbaycan” QSC-də davam etdirərək Daxili Nəzarət departamentinin müdir müavini və müdiri vəzifələrində çalışmışdır. 2015-2024-cü illərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-də Daxili Nəzarət və Komplayens departamentinin müdiri vəzifəsini icra etmişdir. 25.02.2025-ci il tarixində isə Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.  

  • Məmmədli Sadiq

    Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü

    Kipr Yaxın Şərq Universitetinin Maliyyə və Kredit fakültəsi

    Məmmədli Sadiq Fəxrəddin oğlu 2000-ci ildə Kipr Yaxın Şərq Universitetinin Maliyyə və Kredit fakültəsində bakalavr təhsilini, 2001-ci ildə isə həmin universitetin Maliyyə və Kredit fakültəsində magistr təhsilini bitirmişdir. 2006-cı ildə Kibernetika İnstitutunda Riyazi-İqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.Sadiq Məmmədli 2002-2007-ci illərdə Koçbank Azərbaycanda Müştəri Xidmətləri üzrə mütəxəssis və Korporativ Bankçılıq üzrə baş mütəxəssis, 2007-2019-cu illərdə isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də Kredit departamentinin baş mütəxəssisi, Kredit departamentinin müdir müavini və Korporativ və Kommersiya SME kredit təsis üzrə müdir vəzifələrində çalışmışdır. O, 2019-2024-cü illərdə Kreditlərin İdarəolunması departamentinin müdiri vəzifəsini icra etmişdir. 25.02.2025-ci il tarixində isə Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.  

  • Teymuraz Əmirov

    1989-1994- cü  illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 2002-2003- cü illərdə  Bakı Nəqliyyat -7 ATSC-də Hüquqşünas vəzifəsində çalışmışdır. 2004-2008-ci illərdə  Cred Agro QBKT-də Hüquq məsləhətçisi  vəzifəsində işləmişdir. Peşəkar fəaliyyətinə Yapı Kredi Bank Azərbaycan da 2008-2009-cü illərdə Hüquqşünas, 2009-2018-ci illərdə  Hüquq departamentinin müdiri və 13 fevral 2018-ci il tarixindən İdarə heyətinin üzvü olaraq davam etdirir.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ