Hesabın açılması və aparılması
Yapı Kredi Bank Azərbaycan fiziki şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edir.
Hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması ;
Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili;
Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi;
Hesabdan nağd vəsaitin verilməsi;
Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi;
Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
İnkassasiya xidmətləri – müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması.
Hesablaşma –kassa xidməti
Yapı Kredi Bank Azərbaycan hüquqi şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edir
Hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
Hesabdan nağd vəsaitin verilməsi
Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi
İnkassasiya xidmətləri- müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması
Hüquqi şəxslər üçün cari hesabın açılması qaydası
Cari hesabın açılması üçün hesabın açılması haqqında ərizə formasını doldurmaq, həmçinin aşağıdakı sənədləri Banka təqdim etmək lazımdır:
Vergilər Nazirliyində (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyində) qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
Vergilər Nazirliyindən (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyindən) Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
Vergilər Nazirliyi (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyi) tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti)
Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)
Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər
Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
İmza və möhür nümunələri olan vərəqə (notarial qaydada təsdiq edilmiş) Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında imzalanmış müqaviləyə əsasən və müəyyən edilmiş tariflərə uyğun həyata keçirilir.