FIFD
-
Faktiki illik faiz dərəcəsinin hesablanması ilə bağlı
Metodologiya
1.Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanmasının riyazi metodologiyası
S — Borcalana verilən xalis kredit məbləği, yəni ayrılmış kredit və banka ödənilmiş cari tutulmalar arasındakı fərq;
k — Pul axınının (ödənişinin) sıra nömrəsi;
n — Pul axınlarının (ödənişlərinin) sayı;
X — Faktiki illik faiz dərəcəsi.
m — İllik ödəniş intervalı
Ak — Kredit müqaviləsi üzrə k-cı pul axınlarının (ödənişlərinin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir;
Qeyd: FİFD-nin bu düstur əsasında hesablanması ilə bağlı nümunələr sonda verilmişdir.2. FİFD-nin hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmalıdır:
2.1. Həcmi və ödəniş müddəti müqavilənin bağlanma anına bəlli olan aşağıdakı ödənişləri:
2.1.1 Kreditin əsas məbləği üzrə ödənişlər;
2.1.2 Kredit üzrə faizlər;
2.1.3 Kredit müqaviləsinin rəsmiləşdirilməsi üzrə komisyon xərclər;
2.1.4 Kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri;
2.1.5 Təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda);
2.1.6 Müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə)
2.1.7 Hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər3. FİFD-nin hesablanması zamanı nəzərə alınmayan ödənişlər:
3.1. Kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, ölkə qanunvericiliyinin tələblərindən irəli gələn xərclər (məs. icbari sığorta, notarial xərclər və s.);
3.2. Borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı (məs. ödənişlərin gecikdirilməsinə görə cərimələr) xərclər;
3.3. Həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kreditin xidmət olunması üzrə müqavilədə nəzərdə tutulmuş ödənişlər (məs. kredit borcunun müəyyən və ya tam hissəsinin vaxtından əvvəl bağlanılması üzrə komisyon xərcləri);
3.4 Kredit kartları üzrə konvertasiya, əməliyyatların dayandırılması və bu kimi digər tutulmalar.