Əmanətlər
-
Əmanət yerləşdirə bilmək üçün nə etməyim lazımdır?
Şəxsiyyət vəsiqənizlə/pasportunuzla hər hansı bir Yapı Kredi Bank filialına yaxınlaşaraq əmanət növlərimizdən istədiyinizi seçerək əmanətinizi yerləşdirə bilərsiniz.
-
Əmanət faizi necə hesablanır?
Sizə bir nümunə ilə hesabat formasını başa sala bilərik. Misal üçün 1,000 AZN 1 ay müddətinə illik 5% ilə əmanət yerləşdiribsiniz. 1,000*5/100 = 50 AZN (1,000 AZN üçün bir illik faiz məbləği 50 AZN təşkil edir). Siz əmanətinizi 1 aylıq yerləşdirdiyiniz üçün 50 AZN-i bir ildeki ay sayına yəni 12 aya bölməliyik. 50/12 = 4.17 AZN (dörd manat on yeddi qəpik). Sizin 1 ay müddətli illik 5% dərəcəli 1,000 AZN məbləğindəki əmanət faiz məbləğiniz 4.17 AZN (dörd manat on yeddi qəpik) təşkil edir.
-
Mənim alacağım faizlərdən nə qədər vergi tutulacaqdır?
01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri Vergi Məcəlləsinə əsasən gəlir verigisinə cəlb olunacaqdır
-
Əgər mən məbləği vaxtından əvvəl götürmək istəsəm götürə bilərəmmi?
Bəli siz istənilən vaxt əmanətinizi geri götürə bilərsiniz. Bu zaman sizin əmanətiniz üçün illik 0,05% məbləğində faiz ödənilir.