Cash-in bankomatları artıq istifadənizdə!
2015-11-11 13:02:46
-
Yapı Kredi Bank Azərbaycan yeni cash in ödeniş bankomatlarını təqdim edir. Cash in bankomatları vasitəsilə siz müştərilər kassaya yaxınlaşmadan kredit borclarınızı və Worldcard borclarınızı ödəyə, hesabınıza pul köçürməsi əməliyyatlarınızı nağd pulla həyata keçirə bilərsiniz. Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər.
Cash-in ATM-lərin quraşdırıldığı filiallar: Əhmədli, Nərimanov MetroPark, 28 May, Səbail filiallarımızdır.
Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.
Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.