Bankomatlarımızın yenilənmiş və zənginləşdirilmiş xidmət menyusu istifadənizdədir!
2015-10-16 12:28:12
-
Hər zaman müştərilərin rahatlığını düşünən Yapı Kredi Bank Azərbaycan xidmət səviyyəsini daha da artırmaq məqsədilə bankomatların xidmət menyusunu zənginləşdirmişdir.
Artıq müştərilər banka getmədən, 7/24 çoxsaylı maliyyə əməliyyatlarını yerinə yetirə biləcək, hesablarına nəzarət etmək imkanı əldə edəcəklər. Bankomatlarımız olduqca geniş və istifadəsi asan olan menyuya malikdirlər.
Bankomatlarımızın menyusu aşağıdakı kimidir:
Worldcard menyusu:
- Hissə - Hissə Nağd Avans: 2 aydan 12 aya qədər seçim edərək hissəli nağd avansın alınması
- Worldcard Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi
- Cari Hesablarım: Worldcard – ınızı bankomata daxil etməklə bankımızda olan cari hesablarınızın balansına baxılması və cari hesablardan pul çəkilməsi.
Qeyd:Worldcard vasitəsilə cari hesablarda əməliyyat aparılması xidmətini aktiv etmək üçün *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
- Hesab bildirişi: Hesab faktura dövrü boyunca həyata keçirilən bütün əməliyyatların siyahısının çap edilməsi və yaxud bankomatın ekranından izlənilməsi
- Nağd Avans: Worldcard limitindən nağd avansın çəkilməsi
- Limit - Balans: Worlcard – ınızın limitinə nəzarət edilməsi
- Digər Xidmətlər: Kartın pin kodunun dəyişdirilməsi və yüklənməsi
Pulkart menyusu:
- Təcili Nağd – 20 AZN: Bu düyməni seçməklə dərhal 20 AZN məbləğin Pulkartın balansından çəkilməsi
- Worldcard Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə istənilən şəxsin adına olan Worldcard borcunun 3 valyuta üzrə ödənilməsi
- Pul Köçürmələri:Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə bankdaxili hesablara pul köçürülməsi
- Nağd Çıxarma: Pulkart balansından nağd pulun çəkilməsi
- Balans: Pulkart balansına nəzarət edilməsi
- Digər Xidmətlər: Kartınız pin kodunun dəyişdirilməsi və yüklənməsi
Bankomatlardan istifadə qaydaları ilə bağlı məlumat almaq üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.