•  

    Bank fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə aşağıdaki əlavə və dəyişikliklər edilmişdir.

    (yeni əlavə və dəyişikliklər 01 yanvar 2017-ci il tarixindən etibarən tətbiq edilir)

     

    1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. (Vergi Məcəlləsi  125.1-1.) 

     

    Məsələn, Yapı Kredi Bank Azərbaycan kartı ilə, yaxud pul köçürülməsi vasitəsilə Skrill.com pul kisəsinə 100 AZN pul mədaxil edilərsə o zaman ümumi məbləğin 10%-i miqdarında (yəni 10 AZN məbləğində) vergi tutulacaq və hesabdan 110 AZN çıxılacaq. 

     

     

    2. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirərkən,Bank ödəmə mənbəyindən vergini tutmağa borcludur.(verginin dərəcəsi 1%) (Vergi Məcəlləsi 150.3-3.) 

     

    İstisnalar: Beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, beynəlxalq müqavilələrlə tənzimlənən xüsusi vergi ödəyiciləri, notariuslar. 

     

     

    3. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan Bank tərəfindən hesablanan 18% ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. (Vergi Məcəlləsi 169.3) 

     

    Vergi orqanlarında uçotda olmayan şəxs-Hüquqi şəxslər və fərdi  sahibkarlar istisna olmaqla,digər şəxslər 

     

    Məsələn, internet vasitəsilə Yapı Kredi Bank Azərbaycan kartı ilə hər hansı ölkəxarici saytdan xidmət alışı (otel,aviabiletlər və nəqliyyat istisna olmaqla) zamanı məsələn facebook-da reklam yerləşdirilərkən ümumi məbləğdən 18% ƏDV tutulacaqdır. Yəni 100 AZN-lik ödəmə zamanı əlavə 18%  (18AZN) vergi tutulacaq və hesabınızdan toplamda 118 AZN məbləğ çıxılacaqdır. Bundan əlavə bildirmək istərdik ki, mal, əşya alışı zamanı  məbləğə ƏDV tətbiq olunmur. 

     

     

    4. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu Bank ödəmə mənbəyindən vergini tutmağa borcludur (Vergi Məcəlləsi 150.1.11) 

     

     

    5. 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azaddır. (Vergi Məcəlləsi 102.1.22)

     

    Ətraflı məlumat: http://www.taxes.gov.az/modul.php?name=pages&page=183



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ