• Azərbaycan futbol tarixində ilk dəfə bir futbol komandası-Qarabağ FK 2017-2018-ci il mövsümü üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu tarixi qələbə münasibətilə Qarabağ Futbol Komandasını və bütün Azərbaycan xalqını Yapı Kredi Bank Azərbaycan olaraq təbrik edir və uğurlarının davamlı olmasını diləyir.


    Bu günə kimi, 2016-2017-ci il mövsümlərində UEFA Avropa Liqasının Azərbaycanda rəsmi bankı olan Yapı Kredi Bank Azərbaycan, bu dəfə də bir ilkə imza ataraq 2017-2018-ci il mövsümlərində Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının Rəsmi Bankı seçildi.


    UEFA Çempionlar Liqasının Rəsmi Bankı olması ilə bağlı fikirlərini bildirən Yapı Kredi Bank Azərbaycan İdarə Heyətinin Sədri Cenk Yüksel “Hər zaman ilklərə imza atmağı hədəflədiyimiz kimi, bu dəfə də UEFA Çempionlar Liqasının Rəsmi Bankı olduq. Futbol sadəcə bir idman növü deyil, eyni zamanda cəmiyyəti, coğrafiyaları birləşdirən mədəniyyət halına dönmüşdür. Əməkdaşlarımız, müştərilərimiz və bütün Azərbaycan xalqı ilə birlikdə futbol həyəcanını yaşamaq üçün önümüzdəki dönəmlərdə bir çox fəaliyyətlər həyata keçirəcəyik”


    Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın əsas səhmdarlarından UniCredi UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının uzun illərdir ki rəsmi bankıdır. UniCredit UEFA Liqalarında sponsorluq haqqlarını Azərbaycanda Yapı Kredi Bank Azərbaycan markası istifadə edir.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ