Avtomatik Ödəmə Təlimatı bal qazandırır!
2017-02-21 16:57:12
-
Kampaniya 20 fevral – 20 mart 2017 – ci il tarixlərində Worldcard və Pulkartla *0444 Telefon Mərkəzi, Şöbə, İnternet Bankçılıq xidməti vasitəsilə 3 ayrı abunə nömrəsinə Avtomatik Ödəniş Təlimatı aktiv edən müştərilərə şamil olunur. Aktiv edilmiş ödəniş təlimatı 20 aprel tarixinədək ləğv edilməməlidir. Kampaniyadan əldə ediləcək maksimum məbləğ 5 baldir. Müştəri, bir abunə nömrəsinə yalnız bir ödəniş təlimatı verə bilər. Eyni abunə nömrəsinə verilən birdən artıq ödəniş təlimatları kampaniyada nəzərə alınmayacaq. Kampaniya çərçivəsində hesabdan və ya kredit kartından verilən təlimatlar nəzərə alınacaq. Bal, müştərinin kartına 21 aprel 2017-ci il tarixi ərzində yüklənəcək. Kampaniyada minimum təlimat məbləği 1 AZN-dir. Kampaniya haqqında ətraflı məlumatı www.worldcard.com.az saytından və *0444 Yapı Kredi Telefon Mərkəzindən öyrənə bilərsiniz.