ATM Xidmət Menyusu
-
Worldcard menyusu
Hissə - Hissə Nağd Avans: 2 aydan 12 aya qədər seçim edərək hissəli nağd avansın alınması.
Worldcard Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə həm öz adınıza, həm də digər şəxsin adına olan Worldcard borcunun AZN, USD və EUR valyutaları üzrə ödənilməsi.
Cari Hesablarım:Worldcard – ınızı bankomata daxil etməklə bankımızda olan cari hesablarınızın balansına baxılması və cari hesablardan pul çəkilməsi.
Qeyd:Worldcard vasitəsilə cari hesablarda əməliyyat aparılması xidmətini aktiv etmək üçün *0444 Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
Hesab bildirişi: Hesab faktura dövrü boyunca həyata keçirilən bütün əməliyyatların siyahısının çap edilməsi və yaxud bankomatın ekranından izlənilməsi.
Nağd Avans: Worldcard limitindən nağd avansın çəkilməsi.
Limit - Balans: Worlcard – ınızın limitinə nəzarət edilməsi
Digər Xidmətlər:Kartın pin kodunun dəyişdirilməsi və yüklənməsi.Pulkart menyusu:
- Təcili Nağd – 20 AZN: Bu düyməni seçməklə dərhal 20 AZN məbləğin Pulkartın balansından çəkilməsi.
- Worldcard Ödəməsi: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə həm öz adınıza, həm də digər şəxsin adına olan Worldcard borcunun AZN, USD və EUR valyutaları üzrə ödənilməsi.
- Pul Köçürmələri: Bankımızda olan cari hesablarınızın balansından istifadə etməklə bankdaxili hesablara pul köçürülməsi.
- Nağd Çıxarma: Pulkart balansından nağd pulun çəkilməsi.
- Balans: Pulkart balansına nəzarət edilməsi
- Digər Xidmətlər:Kartınız pin kodunun dəyişdirilməsi və yüklənməsi.Xidmət menyusunun istifadəsi ilə bağlı yarana biləcək suallarınızla bağlı 7/24 rejimdə fəaliyyət göstərən *0444 Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bankomat vasitəsilə yerinə yetirilən əməliyyatlar üzrə tutulacaq komissiya haqları aşağıdakı kimidir:
Tutulacaq Komissiya haqqı
Əməliyyatın Adı
Hissə - Hissə Nağd Avans
2%+1AZN
Worldcard Ödəməsi:
0 AZN
Cari Hesablarım
0 AZN
Hesab bildirişi
0 AZN
Nağd Avans
2%+1AZN
Limit - Balans
0 AZN
Pin dəyişdirmə
0 AZN
Pin Yükləmə
0 AZN
Təcili Nağd – 20 AZN
0 AZN
Pul Köçürmələri:
0 AZN
Pul Köçürmələri:
0 AZN