Akkreditivlər üzrə Hesablaşmalar və Bank Qarantiyaları
Aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı sayəsində Yapı Kredi Bank Azərbaycan müştərilərə qabaqcıl beynəlxalq banklar tərəfindən təsdiqlənən Akkreditivlər və Qarantiyalər təklif edir.
- AKKREDİTİV NÖVLƏRİ
- 1.İdxal akkreditivi (təsdiqli və təsdiqsiz)
- 2.İxrac akkreditivi (təsdiqli və təsdiqsiz)
İcra tipinə görə aşağıdakı akkreditivlər istifadə olunur:
- -Sənədlər gələn zaman ödəmə (At sight)
- -Müddətli akkreditiv (Deffered payment)
- -Standby akkreditiv
- -Köçürülə bilən akkreditiv
Bank Qarantiyaları
Yapı Kredi Bank Azərbaycan müştərilərə aşağıdakı qarantiya növlərini təklif edir:
QARANTİYA MƏKTUBU NÖVLƏRİ
- 1.Ödəniş qarantiyası (Payment Guarantee)
- 2.İcra Qarantiyası (Performance Guarantee)
- 3.Tender Qarantiyası (Bid Bond)
- 4.Tələb Qarantiyası (Demand Guarantee)
- 5.Kontur Qarantiya (Counter Guarantee)
- 6.Əvvəlcədən ödəniş qarantiyası (Advance payment Guarantee )
- 7.Pul vəsaitinin saxlanması qarantiyası (Retention Money Guarantee)
- 8.Nağd və qeyri-nağd kreditlərin təminatı olan qarantiyalar
- 9. Gömrük qarantiyası
İcra tipinə görə aşağıdakı akkreditivlər istifadə olunur:
- -Öhdəlik daşımadan verilən qarantiya məktubları (Advise)
- -Öhdəlik daşıyaraq verilən qarantiya məktubları (alınmış kontr qarantiyalar qarşısında )
Sənədləşmə Proseduru
Ticarətin maliyyələşdirilməsi üzrə sazişlərin sənədləşdirilməsi üçün müştəri banka müraciət edir. Kredit mütəxəssisi ilə ilkin görüşdən sonra akkreditiv və ya Qarantiyain verilməsi üçün ərizə blankı doldurulur. Ərizədə ərizəçi haqqında, onun fəaliyyəti və maliyyə durumu, tələb olunan maliyyə vəsaitinin məbləği və hansı məqsədlə istifadə olunacağı haqqında məlumat verilir. Müştəri xarici tərəfdaşla imzalanmış, akkreditiv ilə hesablaşmanı və ya bank Qarantiyainin alınmasını nəzərdə tutan müqaviləni banka təqdim etməlidir. İlkin təhlildən sonra kredit muraciətina bankın kredit komitəsində baxılır və qərar alındıqtan sonra maliyyə vəsaitinin verilməsinə başlanılır.