• Niyə Yapı Kredi Bank Azərbaycan?

     

    Azərbaycanda illərlə təqdim etdiyi xidmətlərlə real sektorun inkişafına dəstək olan, ölkəmiz inkişaf etdikcə bizlər də inkişaf edə bilərik düşüncəsiylə fəaliyyət göstərən sektorun iki köklü qurumu Koçbank və Yapı Kredi, artıq güclərini və sərmayələrini eyni məqsəd üçün birləşdirərək daha da böyük işlər həyata keçirmək niyyətindədirlər.

     

    Bu birləşmənin isə Azərbaycan iqtisadiyyatına böyük təsir edəcəyindən və ən vacibi, maliyyə sektoru və işçilər üçün daha çox yeni imkan yaradacağından əminik. Ən vacib resursumuzun sahib olduğumuz insan gücü olduğuna inanır, yüzlərlə təcrübəli və əzmli işçi heyəti ilə maliyyə xidmətləri sahəsində müştərilərimizin hər növ ehtiyaclarına cavab verməyi qarşımıza məqsəd qoymuşuq. 

    Güclü səhmdarlara sahib strukturumuz, beynəlxalq standartlarla xidmət vermə prinsipimiz və insan resurslarımıza olan inamımızla, daha yüksək və daha yeni zirvələrə çatacağımıza komanda olaraq inanır, bu yolda sağlam addımlarla irəliləyirik. 

    Xidmətlərimizin daha məhsuldar, daha yaradıcı hala gəlməsi, müştərilərimizin və işçilərin ilk seçimi olmaq məqsədilə tək yolun insan resurslarına sərmayə qoymaq olduğunu düşünürük. 

    Bir qurumdan daha çox bir ailə olduğumuza inanır, açıq münasibət və şəffaf bir idarəetmə anlayışı ilə yaradılan hər növ fürsətin, təklif olunan hər bir düşüncənin bizləri bir addım daha irəli aparacağını bilirik. 

    Çünki uğur və müvəffəqiyyətlərimizin sirri, komanda olaraq eyni yolda əl-ələ irəliləməmiz və əməkdaşlarımıza duyduğumuz sevgi və hörmətdir.

     Karyeranızı Bankımızda qurmaq üçün cv-nizi hr@yapikredi.com.az email adresinə göndərin.

     İdarəetmə Strukturun Endir

     

     

Vakansiyalar

  • Risklərin İdarəedilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

    Tələblər:

     

    • Maliyyə və əlaqəli sahələrdə ali təhsil;
    • Risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
    • Güclü analitik, problem həll etmə və ünsiyyət qurma bacarığı;
    • BMHS 9 və gözlənilən zərər ehtiyatı haqqında yaxşı bilik;
    • Yüksək səviyyədə Excel biliyi;
    • R, Python və ya digər proqramlaşdırma alətləri üzrə biliklər arzuolunandır;
    • FRM/PRM/CFA/ACCA kimi sertifikatın mövcudluğu arzuolunandır;

     

    Əsas iş funksiyaları:

    • Məlumat fayllarını hazırlayaraq və mövcud ECL modelini çalışdıraraq aylıq əsasda BMHS-a uyğun olaraq mümkün kredit zərərləri üçün ehtiyatların hesablanmasını təmin etmək.
    • ECL model nəticələrinin və hesablanımş parametrlərinin (PD və LGD) düzgünlüyünü yoxlamaq.
    • Yerli tənzimləyici standartlara uyğun olaraq kreditlər üzrə ehtiyatların hesablanması.
    • Risk metodologiyalarının və kredit riski siyasətlərinin illik nəzərdən keçirilməsini və yenilənməsini təmin etmək.
    • Stress-testlərin, modelin kalibrlənməsinin aparılmasında rəhbərliyə dəstək vermək.
    • Rəhbərlik üçün müxtəlif müvafiq hesabatların hazırlanması.
    • Hər hansı digər müvafiq tapşırıqların icrasında rəhbərliyə dəstək vermək.

     

    Necə müraciət etməli?

    CV-nizi email-ın mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız qısa siyahıya alınmış namizədlər işə qəbul prosesinin sonrakı mərhələlərinə dəvət olunacaqlar.

    Email: hr@yapikredi.com.az

     

  • Korporativ, Kommersiya və KOS Kredit Anderraytinq şöbəsi /mütəxəssis/ aparıcı mütəxəssis

    Vəzifəyə olan tələblər:

    • Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
    • Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
    • Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
    • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
    • Ingilis dili bilikləri;
    • Komandada işləmək bacarığı;
    • Diqqətli olmaq;
    • Vaxtı idarəetmə qabiliyyəti;
    • Ünsiyyət və münasibət qurma bacarıqları


    Funksional Öhdəliklər:
    • Bankın filialları tərəfindən təqdim olunan kredit təkliflərini qiymətləndirmək;
    • Kredit təkliflərinin qanunverciliyə və Bankın kredit siyasətinə uyğunluğunu yoxlamaq;
    • Bankın bankdaxili qaydalarına uyğun olaraq borcalanın geri-ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətini təhlil etmək, borcalan haqqında və fəaliyyət göstərdiyi sektor haqqında tədqiqat aparmaq, kredit risklərini müəyyənləşdirmək,ölçmək və qaydalarda qeyd olunan müvafiq vəzifələri yerinə yetirmək;
    • Qiymətləndirmənin nəticələrini rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında köməklik göstərmək;
    • Kredit təkliflərinə verilən kredit rəylərini filial rəhbərlərinə zamanında çatdırlmasını təmin etmək;
    • Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək;
    • Lazım gəldikdə, rəhbəri ilə birlikdə filial/satış bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
    • Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
    • PL/TMM (AML) və maliyyə sanksiyaları (FS) üzrə bankın qəbul etdiyi müvafiq qaydalara riayət etmək;

     

    CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik. 

     

  • Kreditlərin İdarəedilməsi Departamenti / Korporativ, Kommersiya və KOS Kredit İzləmə şöbəsi / mütəxəssis / aparıcı mütəxəssis

    Vəzifəyə olan tələblər:

    • Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
    • Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
    • Yaxşı səviyyədə Ms Office proqram bilikləri;
    • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
    • Ingilis dili bilikləri;
    • Komandada işləmək bacarığı;
    • Diqqətli olmaq;
    • Vaxtı idarəetmə qabiliyyəti;
    • Müştərini dinləmə və istiqamət vermə bacarıqları;
    • Ünsiyyət və münasibət qurma bacarıqları;
    • Problemləri həll etmə bacarığı.


    Funksional Öhdəliklər:

    • Borcalanlar və onların fəaliyyəti ilə bağlı bütün risk-yönümlü məlumatları əldə etmək, maliyyə təsərrüfat fəaliyyətini dövrlər üzrə müqayisəli təhlil etmək və bu əsasda müştərilərin borclarını ödəmə qabiliyyətini qiymətləndirmək və müştəriləri təsnifat qrupları üzrə bölmək;
    • İzləmə prosesinə daxil olan korporativ/kommersiya kredit təkliflərini qiymətləndirmək və qiymətləndirmə nəticələrini şöbə rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında köməklik göstərmək;
    • Əvvəlcədən təyin edilmiş hədəflərə uyğun olaraq problemli kreditlərin azaldılması yönündə işlərin görülməsi və lazım gəldikdə müştəri ziyarətlərini yerinə yetirmək;
    • Yığıncaqlara qoşularaq iş axışlarının sağlam və nizamlı bir şəkildə işləməsini təmin etmək;
    • Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək, buna müvafiq bankdaxili qaydalar, prosesslər və metodologiyalardan məlumatlı olmaq və iş prosesində tətbiq etmək.

     

    CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik. 

     

  • Hüquqşünas

    Tələblər:


    •Ali hüquqi təhsil;
    İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı 3 il iş təcrübəsi;
    •Bank təcrübəsinin (Bankın məhkəmə, icra, hərrac kimi işləri üzrə ən azı 3 il iş təcrübəsinin) olması mütləqdir;
    Banklar haqqında qanunvericilik aktları bilikləri ;
    •Mülki, əmək, inzibati qanunvericiliyini və mülki\inzibati\kommersiya prosesləri bilməli;
    •Daima hüquq və qanunvericiliklə bağlı yenilikləri öyrənərək işinə müvafiq şəkildə tətbiq etməsi ;
    Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.


    Əsas iş funksiyaları:


    • Məhkəmə, icra, hərrac və s. işlərində Bankı təmsil edərək iştirak edir.
       Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak edir;
    • Problemli kreditlərin qaytarılması üçün zəruri tədbirlər görür;
      Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə iş aparır, onların qüvvədən düşməsi və                   dəyişikliklərin edilməsi barədə qeydlər aparır;
    • Müqavilələrin hazırlanmasında yaxud bağlanması təklif olunan müqavilələrə dair hüquqi rəy verir.
    • İş funksiyalarından irəli gələrək digər müvafiq işləri həyata keçirir.

    Requirements:


    • Higher legal education;
    • At least 3 years of experience in the specialty ( litigation, execution, auction);
    • Experience in banking (at least 3 years of experience in court, executive, auction);
    • Knowledge of banks' legislative acts
    • Knowledge of civil, labor, administrative legislation and civil / administrative / commercial processes;
    • Regularly learn law and legislation and apply it appropriately;
    • Excellent Azerbaijani language skills. Knowledge of English is preferred.

     

    Main responsibilities:


    • Judicial, executive, auction etc. represented by the Bank.
    • Participates in the preparation of legal documents;
    • Takes the necessary steps to repay problem loans;
    • Conducts systematic recording and maintenance of effective regulatory and legal acts, keeps records of their abolition and making changes;
    • Provides legal opinion on the proposed contracts for the conclusion
    • Performs other related activities based on job functions.

     CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.

  • Proseslərin idarəedilməsi  üzrə əməkdaş

    Tələblər:

     

    • Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
      İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
    • İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
      Ofis proqramlarında işləmək bacarığı;
    • Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
    • Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək.

     

    Cavabdehlik:

     

    • Bankın iş axışlarının sənədləşdirilməsi;
    • Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;
    • İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
    • Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın  strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini  həyata keçirmək;
    • Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
    • Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini müəyyənləşdirmək;
    • Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /
    • silmək, səlahiyyət qrupu yaratmaq / dəyiştirmək / silmək

     

    CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik. 

  • Daxili Audit üzrə köməkçi / mütəxəssis / baş mütəxəssis

    Tələblər:

     

    • İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat və Audit fakultələri üzrə ali təhsil.
    • Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün), həmçinin Türk dili bilikləri
    • Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;
    • Beynəlxalq audit sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcəkdir (CIA, CFSA, CFE…);
    • Daxili Audit üzrə köməkçi vəzifəsi üçün – audit və bank sahəsində ən azı 1-2 il iş təcrübəsı.
    • Daxili Audit üzrə mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 2-5 il iş təcrübəsı.
    • Daxili Audit üzrə baş mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 5 il iş təcrübəsi.

     

    Əsas iş funksiyaları:

     

    • Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin, bütün struktur bölmələrin və filiallarının fəaliyyətinin, bütün növ bank əməliyyatlarının auditini həyata keçirmək;
    • Risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi, nəticələr haqqında hesabatlar hazırlamaq;
    • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
    • Daxili audit yoxlamaları zamanı saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
    • Ehtiyac olduqda saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək;

     

    Internal Audit assistant / specialist / senior specialist Requirements:

     

    • University degree in Economy, Finance, Engineering, Accounting and Audit; Proficiency in English and Turkish
    • Good knowledge of MS Office – Excel, Word, Powerpoint, Access;
    • Preferably to have international audit certificates (CIA, CFSA, CFE);
    • For Internal Audit Assistant, min.1-2 years experience in audit and bank sphere;
    • For Internal Audit Specialist, min. 2-5 years experience in audit and bank sphere;
    • For Internal Audit Senior Specialist, min. 5 years experience in audit and bank sphere;

     

    Main responsibilities:

     

    • Auditing the status of the implementation of normative-legal acts and internal regulations, the activities of all structural divisions and      branches, all types of banking operations;
    • Performing of risk-based audits, preparation of audit reports;
    • Review and evaluation of adequacy and efficiency of internal control systems;
    • Evaluation of fraud risks during internal audit engagements;
    • Participation in the investigation of fraud cases when needed;

     

    Email: hr@yapikredi.com.az

  • Satış və Kredit Dəstək üzrə əməkdaş

    Vəzifəyə olan tələblər:

    • Ali təhsil;
    • Korporativ Bankcılıq (Satıs, Kredit Bölmələri) sahəsində ən az 5 il iş təcrübəsi;
    • Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilmək
    • Mükəmməl kompüter biliyi (istifadəçi səviyyəsində)
    • Ümumi bacarıqlar :
    - Təşəbbüskar, kommunikativ
    - Komandada işləyə bilmək və insanlarla yazılı və şifahi ünsiyyət qurma bacarığının olması
    - Stresə davamlılıq və münaqişələri həll etmə bacarığı


    Funksional Öhdəliklər:


    • Filialların korporativ seqmentində kredit hədəflərinin yerinə yetirilməsi ve sağlam kredit portfelinin yaradılması üçün lazımi dəstəyin verilmesi;
    • Filiallarla Kredit Underwriting bölməsi arasında koordinasiya ve məlumat dəstəyinin verilməsi;
    • Filiallardan gələn kredit təkliflərinin təhlili və komitəyə çıxarılması;
    • Müştəri görüş və ziyarətlərinin aparılması/həyata keçirilməsi;
    • Korporativ müştərilər üçün Bankın müvafiq politikalarına uyğun şəkildə risklərin idarə edilməsi.

    Namizədlər özləri haqqında məlumatı (CV) bu ünvana göndərə bilərlər: hr@yapikredi.com.az

  • Daxili Nəzarət və Komplayns departamenti

    Daxili Nəzarət və Komplayns departamenti


    Vəzifəyə olan tələblər:

    - Ali təhsil;
    - Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə iş təcrübəsi;
    - Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
    - Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
    - Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük sayılır;
    - Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.

     

    Funksional Öhdəliklər:

    - Bank aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
    - Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
    - Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili nəzarət və komplayens departamentinin müdirinin məlumatlandırılması;
    - Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.


    Namizədlər özləri haqda məlumatı (CV) hr@yapikredi.com.az bu ünvana göndərə bilərlər.

  • DWH Specialist

    Requirements


    • Higher education in computer sciences or related fields
    • Work experience in DWH (Data Warehouse).
    • Knowledge of DBMS, OLAP cube and ETL
    • Experience with BI Technology (Knowing Oracle BI is desirable)
    • Extensive knowledge of SQL / PLSQL
    • Experience with ODI and OBIEE tools is desirable.
    • Analytical thinking
    • Free research ability
    • Experience in the banking sector is desirable
    • Teamwork experience
    • The presence of a certificate in the related field is an advantage.

  • IT Analyst

    Requirements


    • Higher education in computer sciences or related fields
    • Proven experience as an IT Analyst, IT Consultant or similar role
    • Experience in project management
    • Understanding of business practices
    • Excellent communication skills
    • Analytical mindset
    • Problem-solving aptitude
    • Knowledge of SQL
    • Analytical thinking
    • Free research capability
    • Experience in the banking sector is desirable
    • Teamwork experience
    • The presence of a certificate on related field is a priority.

     

    Responsibilities


    • Communicate with stakeholders to understand their requirements
    • Develop and analyze functional specifications
    • Design efficient IT systems to meet business and technology needs
    • Coordinate developers to build and implement technology solutions
    • Integrate multiple systems and reconcile needs of different teams
    • Gather feedback from end users about system performance
    • Provide advice and technical training
    • Keep abreast of technology trends and developments

  • .NET Developer


    Requirements


    • Higher education in computer sciences or related fields
    • Fundamentals of Computer Science (Algorithms and Data Structures)
    • Good understanding of OOP principles
    • Programming experience in .NET and C #. Knowledge of Java is desirable
    • Experience with SOAP and REST services
    • Knowledge of SQL / PLSQL
    • Version Control Systems: Knowing one of TFS, SVN, Git technologies
    • Analytical thinking
    • Free research capability
    • Experience in the banking sector is desirable
    • Teamwork experience
    • The presence of a certificate on related programming languages is a priority.

  • Müxbir Bankçılıq və Fondların İdarəolunması Departamenti üzrə mütəxəssis

    Tələblər:

     

    • İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat fakultələri üzrə ali təhsil.
    • Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün) həmçinin Türk ve Rus dili bilikləri
    • Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;
    • Tercihan Müxbir Bankçılıq və Fondların İdarəolunması üzrə bank sahəsində ən azı 1-3 il iş təcrübəsı.

     

    Əsas iş funksiyaları:

     

    • Bankın öz müştəriləri və digər banklar ilə konvertasiya əməliyyatlarının aparılması; Daxili və xarici pul bazarında əməliyyatlar
    • Müxbir banklarla əlaqələr ve Müxbir hesablara nəzarət, yerli və xarici Banklarda yeni hesabların açılması;
    • Qiymətli kağızlar üzrə əməliyyatlara, əsas və kupon ödəmələrinə nəzarət;
    • Müvafiq qurumlara hesabatların hazırlanıb göndərilməsi; Rəhbərlik tərəfindən tələb edilən digər hesabatların hazırlanması
    • Banklara ve maliyyə qurumlarina limit açılması üçün kredit təkliflərinin hazırlanması
    • Beynəlxalq ticarəti əməliyyatlarının (Qarantiya, Akkreditiv) icra edilmesi.


    Email: hr@yapikredi.com.az

  • Kart Ödəniş Sistemləri üzrə əməkdaş

    Vəzifəyə olan tələblər:

     

    • Ali təhsil,
    • Yaxşı dərəcədə İngilis və Rus dillərində danışa bilən,
    • MS Office proqramlarına hakim,
    • Analiz etmə bacarığı inkişaf etmiş, yaradıcı, strateji həll təklifləri və fikirlər qarşı tərəfə aydın çatdıra bilən,
    • Təsirli ünsiyyət və problem həll etmə bacarıqlarına sahib,
    • Təşəbbüs istifadə etmə,
    • Yüksək peşəkarlıq və stressə davamlılıq.


    Funksional Öhdəliklər:


    • Ödəniş kartları sahəsində ən az 1 il iş təcrübəsinə sahib olmaq;
    • Ödəniş sistemlərinin qayda və tariflərinə hakim olmaq, onlarla danışıq və yazışmaların aparılması, müvafiq hesabatların təqdim edilməsini təmin etmək;
    • Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qayda və tələblərinə hakim olmaq;
    • POS-terminal sahəsinin inkişafı üzrə təsərrüfat subyektləri ilə işlərin koordinasiyasını həyata keçirmək;
    • Ödəniş kartları sahəsi üzrə rəqabəti və dünyada gedən tendensiyaları yaxından təhlil etmək;
    • Ödəniş kartları və POS-terminal məhsullarının inkişafı ilə bağlı təkliflər vermək, ödəniş sistemləri və müvafiq departamentlərlə birgə layihələr həyata keçirmək;

     


    Email: hr@yapikredi.com.az

  • Telefon mərkəzi işçisi (call center)

    Tələblər:

     

    • Ali təhsil;
    • Azərbaycan, ingilis, türk, rus dilləri bilikləri;
    • Azərbaycan dilində səlist , mükəmməl danışan;
    • Düzgün diksiyası olan;
    • Telefonda ünsiyyət bacarığı;
    • Cox yüksək söz ifadə bacarığı və inandırma bacarığına sahib;
    • İnsanlarla münasibət qurma bacarığı;
    • Satışa yatkın, telefonla satış etmə bacarığı;
    • Növbəli iş saatı ilə (axşam,gece saatları daxil) işləyə biləcək;
    • Kompüter bilikləri: MS Office proqramları.

     

    Əsas iş funksiyaları:

     

    • Telefon bankçılığının bütün xidmətlərini təqdim edərək, müştərini doğru məlumatlandırmaq;
    • Müştəri şikayətlərini həll etmək;
    • Bankın müvafiq məhsullarının satışını, tanırımını həyata keçirmək;
    • Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış.


    Email: hr@yapikredi.com.az

     

  • IT System Administrator

    Requirements


    • BS or MS in Computer / Electronics Engineering or related fields;
    • Minimum 3 years experience in System Administrator position;
    • System Management including design, installation, administration, configuration, upgrade, migration and maintenance of Windows Servers and roles, Active Directory (DNS, DHCP, GPO Etc.), System Center Suite, VMware Infrastructure;
    • Basic knowledge of networking;
    • Analytical thinking, problem solving and skills on systems and performance management (monitoring/tuning);
    • Troubleshooting of production issues, provide expedited resolution and 7x24 support for mission-critical systems;
    • Quality and continuous improvement of systems, processes and knowledge;
    • Perform long-term planning for hardware and software upgrades and prepare annual capacity plans;
    • Keeping infrastructure documentation up to date, reviewing and revising if necessary;
    • Adaptation skills for highly dynamic technical work environment and processes.


    Send your CV to e-mail address hr@yapikredi.com.az

     

  • IT Security Administrator

    Requirements


    • BS or MS in Computer / Electronics Engineering or related fields;
    • Minimum 2 years experience in Security Administrator position;
    • Sound knowledge of technologies related to Information Security: Encryption, firewalls, intrusion detection/prevention, anti-virus, behavioral analysis/advanced malware detection, identity management, vulnerability remediation;
    • Analytical thinking, problem solving and skills on systems and performance management (monitoring/tuning);
    • Troubleshooting of production issues, provide expedited resolution and 7x24 support for mission-critical systems;
    • Quality and continuous improvement of systems, processes and knowledge;
    • Perform long-term planning for hardware and software upgrades and prepare annual capacity plans
    • Keeping infrastructure documentation up to date, reviewing and revising if necessary;
    • Adaptation skills for highly dynamic technical work environment and processes.


    Send your CV to e-mail address hr@yapikredi.com.az

  • Müştəri təmsilçisi

    Tələblər:

     

    • Ali İqtisadi və ya biznes təhsilinin olması;
    • Ən azı 3 (üç) il bank təcrübəsinin olması (korporativ müştəri xidmətləri, korporativ satış və kredit bölmələrində);
    • Maliyyə təhlili və Kredit təhlili ilə bağlı biliklərin olması;
    • Mükəmməl azərbaycan dili biliyinin olması (ingilis dili biliyinə üstünlük verilir);
    • Analitik düşüncə bacarığının olması;
    • Kommunikasiya bacarığının olması.

     

    Əsas iş funksiyaları:

     

    • Bankımızın məhsul və xidmətlərinin Korporativ müştərilərə satışı, bazara tanıdılması / yayğınlaşdırılması və yeni müştərilərin bankımıza qazandırılması;
    • Satış Rəhbərliyi tərəfindən müəyyənləşdirilən büdcə və hədəflərin həyata keçirilməsi;
    • Müştəri portfelinin mənfəətlilik, effektivlik və müştəri haqqında məlumatların gizliliyi əsasında uyğun idarəetmənin həyata keçirilməsi.

     

    CV-lərinizi hrsupport@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.

  • Marketinq üzrə mütəxəssis

    Vəzifəyə olan tələblər :

     

    • Universitet məzunu;
    • İngilis və Rus dillərində səlist danışmaq baçarığı;
    • MS Office proqramlarında işləmək bacarığı;
    • Kart və POS məhsulları üzrə təcrübə;
    • Təhlil etmə və qərar qəbul etmə bacarığı;
    • Yeniliklərə açıq və təşəbbüskar olmaq.

     

    Funksional Öhdəliklər:

     

    • Bankın məhsullar üzrə partnyor mağaza şəbəkəsini genişləndirmək, və kampaniyalar təşkil etmək;
    • VİSA və Master Card ödəniş sistemlərinin qayda və tarifləri ilə yaxından tanış olmaq və onlara müvafiq hesabatların təqdim edilməsini təmin etmək;
    • Mütəmadi bazarda rəqib məhsulların monitorinqini aparmaq;
    • Bank məhsullarının inkişaf planını hazırlamaq, VİSA / Master Card sistemləri və İT ilə birgə layihələr həyata keçirtmək.

     


    CV-lərinizi hrsupport@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.

  • Müştəri təmsilçisi / Korporativ satış

    Tələblər:
    • Ali İqtisadi və ya biznes təhsilinin olması;
    • Ən azı 5 (beş) il bank təcrübəsinin olması (müştəri xidmətləri, satış, marketinq, kredit, əməliyyat bölmələrində);
    • Kredit analizinin aparılması - maliyyə göstəricilərinin analiz və təhlil etmə bacarığı
    • Mükəmməl azərbaycan dili biliyinin olması (türk, ingilis, rus dili biliklərinə üstünlük verilir);
    • İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması.


    Əsas iş funksiyaları:

    • Müştərilərə bütün növ bank məhsul və xidmətlərin təqdim edilməsi və lazımi məsləhətlərin verilməsi;
    • Xidmət etdiyi müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışının həyata keçirilməsi;
    • Daima potensial müştəriləri araşdırılması və bu müştərilərin Bankımıza qazandırılmasına yönlənmiş addımlar atılması;
    • Müştəri portfelinin mənfəətlilik, effektivlik və müştəri haqqında məlumatların gizliliyi əsasında uyğun idarəetmənin həyata keçirilməsi;
    • Büdcə və hədəflərin həyata keçirilməsi və bu hədəflərin izlənməsi;
    • Çarpaz satış imkanlarını araşdırılması;
    • Müştərilərə bankın məhsul portfelindən onlara ən uyğun məhsul və xidmətlərlə əlaqədar məlumat verilməsi və müştərin ehtiyaclarını müəyyənləşdirərək, onlara alternativ seçimlərin təqdim edilməsi;
    • Müştəri şikayətlərinin çözülməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin alınması.


    Email: hr@yapikredi.com.az

  • Kart Məhsullarınin Marketinqi üzrə köməkçi


    Vəzifəyə olan tələblər:

    • Ali təhsil;
    • Mükəmməl Azərbaycan, İnglis, dili biliklərinə malik olmaq Rus və türk dili bilənlərə üstünlük verilir;
    • MS Office Proqramlarını istifadə etmək bacarığı, xüsusi ilə Excell proqramı
    • Analitik biliyə sahib olmaq, yaradıcı, strateji həll təklifləri və fikirlərə malik olmaq,
    • Problem həll etmə bacarıqlarına malik olmaq,
    • Təşəbbüs görsətmək,
    • Yüksək peşəkarlıq və stressə davamlılıq


    Funksional Öhdəliklər:

    • Məhsul inkişaf etdirmə işlərini icra etmək, yeni iş sahələri və bazar ehtiyaclarına istiqamətli yeni həll və təkliflər yaratmaq;
    • Beynəlxalq Ödeme sistemləri ilə əlaqə və işlərin idarə olunması
    • Kart müqavilə və formlarının yaradılması, düzəliş edilməsi, şöbələrə axının təmin edilməsi;
    • Kart məhsullarının hər birinə uyğun stratejik böyümə planlarının hazırlanması
    • Rəqabət analizləri edərək, daim bazardakı məhsul trendlərinin izlənilməsi və ona uyğun tədbirlərin hazırlanması


    Email: hr@yapikredi.com.az

  • Müştəri təmsilçisi / Pərakəndə satış

    Tələblər:
    • Ali İqtisadi və ya biznes təhsilinin olması;
    • Ən azı 3 (üç) il bank təcrübəsinin olması (müştəri xidmətləri, satış, marketinq, kredit, əməliyyat bölmələrində);
    • Mükəmməl azərbaycan dili biliyinin olması (türk, ingilis, rus dili biliklərinə üstünlük verilir);
    • İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması.


    Əsas iş funksiyaları:

    • Müştəri hesablarının açılması, həmin hesablar üzrə əməliyyatların aparılması;
    • Müştərilərə bütün növ bank məhsul və xidmətlərin təqdim edilməsi və lazımi məsləhətlərin verilməsi;
    • Xidmət etdiyi müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışının həyata keçirilməsi;
    • Daima potensial müştəriləri araşdırılması və bu müştərilərin Bankımıza qazandırılmasına yönlənmiş addımlar atılması;
    • Müştəri portfelinin mənfəətlilik, effektivlik və müştəri haqqında məlumatların gizliliyi əsasında uyğun idarəetmənin həyata keçirilməsi;
    • Büdcə və hədəflərin həyata keçirilməsi və bu hədəflərin izlənməsi;
    • Çarpaz satış imkanlarını araşdırılması;
    • Müştərilərə bankın məhsul portfelindən onlara ən uyğun məhsul və xidmətlərlə əlaqədar məlumat verilməsi və müştərin ehtiyaclarını müəyyənləşdirərək, onlara alternativ seçimlərin təqdim edilməsi;
    • Müştəri şikayətlərinin çözülməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin alınması.

    Email:

    hr@yapikredi.com.az

  • Kredit təhlil üzrə mütəxəssis(analist)

    Tələblər:

     

    • Ali İqtisadi, mühasibatlıq üzrə və ya biznes təhsili;
    • Bank və ya Audit sektorunda iş təcrübəsi;
    • Maliyyə hesabatları haqqında yüksək səviyyədə biliklər ;
    • Riyazi və hesablama bacarıqları;
    • Mükəmməl ingilis və azərbaycan dili bilikləri;
    • İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığı;
    • Problemləri həll etmə bacarığı;
    • Ms Office proqramında işləyə bilmək bacarığı;
    • Sənədlərlə işləmək bacarıqları.

     

    Əsas iş funksiyaları:

     

    • Şirkətlərin maliyyə hesabatlarının təhlili;
    • Maliyyə proqnozlarının tərtibi;
    • Kredit risklərinin muəyyən edilməsi və təhlili;
    • Bazarın öyrənilməsi, təhlili.

     

     

    Maraqlanan şəxslər hr@yapikredi.com.az elektron ünvanına öz CV-lərini göndərə bilərlər.

  • Filial Müdiri

    Tələblər:

     

    • Ali İqtisadi və ya biznes təhsilinin olması;
    • Ən azı 7 (yedi) il bank təcrübəsinin olması, Ən azı 2 il rəhbərlik təcrübəsi;
    • Biznesin inkişafı bacarığı;
    • Şəffaflıq və Etik startlara malik olması;
    • Ünsiyyət və Problem həll etmə bacarığı;
    • Strateji və analitik düşünmə qabiliyyəti;
    • Sərbəst olaraq, həmçinin komandada işləmə bacarığı;
    • Müştəri bazasını idarəetmə bacarığı;
    • Mükəmməl azərbaycan, türk, ingilis, rus dili bilikləri.

     

    Əsas iş funksiyaları:

     

    • Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin ən təsirli və məhsuldar şəkildə istiqmətləndirmək;
    • Filialda lazımı planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək, bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
    • Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
    • Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
    • Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
    • Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq;
    • Müştərilərin rentabelliyini davamlı təqib etmək, müştəridə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etməklə filialın büdcəsini gerçəkləşdirmək və bankın bazardakı payını artırmaq üçün lazımlı tədbirləri görmək;
    • Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
    • Filialdakı satış qrupunun hədəflərini və müştəri portfelini müəyyən etmək, filialın hədəflərini tutdurmaq üçün satış hərəkətlərini planlamaq, idarə etmək və nazərət etmək;
    • Bankın kredit politikası və qaydalarına (geri qaytarma, təminatlandırma, təqib) uyğun hərəkət etmək, müştərilərlə kredit müqavilələrinin bağlanması, kreditin istifadə edilməsi və meydana çıxaracağı riskə qədər izləmək. Bu çərçivədə kredit təkliflərinin, lazımlı sənədlərin hazırlanmasının təmin edilməsi;
    • Kreditin verilən müştərinin iflası və ya problemli olması halında lazımlı tədbirlərin alınmasından və dərhal tətbiq olunmasından məsuldur;
    • Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət raporlarını incələyərək lazımı tədbirlər görmək;
    • Filialdakı işçilərin bankın daxili qaydalarına,idarəetmə strategiyalarına qanunlara və təlimatlara uyğunluğunu təmin etmək;
    • Filialın təhlükəsizliyi üçün lazımı tədbirlər alınmasından birinci dərəcədə məsul şəxsdir.Bank və müştərilərlə bağlı bütün məlumat, sənəd, qiymətli kağız, açarların saxlanması, qorunmasından və lazım olduğunda etibarlı bir şəkildə sövq edilməsindən cavabdehdir.

     

     

     

     

     

    Maraqlanan şəxslər hr@yapikredi.com.az elektron ünvanına öz CV-lərini göndərə bilərlər.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ